Hamısını göstər

ƏN SON YENİLİKLƏR

Xəstəliklər üzrə ən son əlavə olunanlar

Bronxial astma

Astma öskürək, fitverici tənəffüs, təngnəfəslik, döş qəfəsində ağrı və sıxılma hissi və tənəffüsün çətinləşməsi simptomları ilə müşayiət olunan xronik xəstəlikdir.

Daha ətraflı

Stenokardiya

Stenokardiya və ya “döş inağı”, adətən, döş sümüyünün arxasında tutmaşəkilli, sıxıcı, kəskin ağrı və narahatlıq hissi ilə, ağrının sol çənəaltı nahiyəyə, sol qola yayılması ilə müşayiət olunan xəstəlik halıdır..

Daha ətraflı

Cinsi yetişkənlik (Yeniyetməlik dövrü və cinsi yetişkənlik)

Yeniyetmələrdə bu dövrdə çoxsaylı dəyişikliklər baş verir: cinsi yetişkənlik, fiziki, psixoloji və fizioloji dəyişikliklər və s..

Daha ətraflı

Talassemiya: formaları, simptomları, müayinəsi

Talassemiya anadangəlmə xəstəlikdir. Xəstəliyin səbəbi orqanizmdə anormal hemoqlobin formasının hasil edilməsidir..

Daha ətraflı

Uşaqlarda piylənmə

Artıq çəkisi və ya piylənməsi olan uşağın həyat tərzində yaşına uyğun (pəhriz, fiziki aktivlik və hərəkət tərzi) dəyişikliklərin edilməsi xüsusi əhəmiyyət kəsb edir..

Daha ətraflı

Mədə və onikibarmaq bağırsağın xora xəstəliyi

Xoranın sağalmasına və xəstəliyin ağırlaşmamasına əmin olmaq üçün müalicədən bir neçə həftə sonar təkrar endoskopiya müayinəsi aparılmalıdır!

Daha ətraflı

MARAQLI FAKTLAR

SAĞLAMLIĞIN SİRRİ
Həftədə 150 dəqiqə idmanla məşğul olmaq ölüm riskini üçdəbirə qədər azaldır

Avstraliyanın Lafboro və Sidney universitetlərinin tədqiqatçıları həftəsonu edilən idmanın sağlamlıq üçün faydalarını araşdırıblar. Bunun üçün İngiltərə və Şotlandiyada qırx yaşdan yuxarı 64 min insan və ayrıca olaraq 18 yaşdan yuxarı şəxslər üzərində təcrübə aparılıb. Alimlər hər iki araşdırmada eyni nəticəni əldə ediblər. Əldə edilən nəticələrə görə, həftədə 150 dəqiqə yüngül hərəkətlərlə məşğul olmaq erkən ölüm riskini üçdəbirə qədər azaltmağa kifayət edir. Belə ki, aktiv həyat tərzi keçirməyənlərə nisbətən həftədə bir və ya iki dəfə idmanla məşğul olan insanlarda ürək-damar xəstəliklərindən ölüm riski 41 faiz, xərçəng xəstəliyindən isə 18 faiz azalıb. Həftədə üç dəfə və daha çox idmanla məşğul olanlarda isə ürək-damar xəstəliklərindən ölüm riskinin 41 faiz, xərçəng xəstəliyindən isə 21 faiz azaldığı müşahidə edilib.

Hamiləlik dövründə ananın yediyi alma gələcək körpəni astmadan qoruyur.

Hamiləlik dövründə ananın yediyi alma gələcək körpəni astmadan qoruyur. Hollandiya və İngiltərə alimləri belə nəticəyə gəlmişlər.

Siqaret çəkənlər əməliyyatları daha ağır bir formada keçirirlər.

Mə lumata görə siqaret çəkənlər əməliyyatları daha ağır bir formada keçirirlər. Bu özünü cərrahiyə əməliyyatından sonra daha qabarıq göstərir. Çünki əməliyyatdan əvvəl siqaret çəkənlər cərrahiyyədən sonra özünü siqaretdən istifadə etməyənlərə nisbətən pis hiss edir, ağır və riskli fəsadlarla üzləşir. Bunu Kaliforniya Universitetinin araşdırmacıları tərəfindən aparılmış tədqiqatın nəticələri sübut edir. Həmçinin onların 1950-ci ildən başlayaraq siqaretin təsiri haqqında cərrahiyyədən sonrakı xəstələrin vəziyyəti haqqında məlumatlar topladığı bildirilir. Həmin məlumatların təhlili göstərib ki, siqaretdən istifadə edənlərdə fəsadlara daha çox rast gəlinir. Bundan başqa, onlara iri həcimli qanköçürülmə prosesi də çox vaxt alır. Siqaret çəkənlərdə beyin şişi əməliyyatı zamanı ölüm riskinin çox olduğu deyilir. Onurğadan əməliyyat olanlarda o qədər təhlükə olmur və həmin ağır fəsadları bərpa etmək olur. Bu cür nəticələr neyrocərrahlara əməliyyatlarda olan uğursuz nəticələrin səbəblərini müəyyən etməyə imkan verir.